Azərbaycan neftinin qiyməti artıb

Azərbaycan neftinin qiyməti artıb
# 14 iyun 2012 13:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti artaraq 1 barel üçün 100 ABŞ dolları həddini keçib.

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən «APA-Economics»ə verilən məlumata görə, iyunun 13-də keçirilən hərraclarda «Azeri Light» markalı neft 1 dollar bahalaşaraq 100,26 dollara satılıb.

Xatırladaq ki, Azərbaycanın 2012-ci il dövlət büdcəsində neftin baza qiyməti 100 dollar həddində nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR