Əli Həsənov: “Azərbaycan hökuməti son 20 ildə qaçqın və məcburi köçkünlər üçün 4,6 milyard dollar vəsait xərcləyib”

Əli Həsənov: “Azərbaycan hökuməti son 20 ildə qaçqın və məcburi köçkünlər üçün 4,6 milyard dollar vəsait xərcləyib”
# 07 fevral 2012 09:28 (UTC +04:00)
Bu məbləğin 2,7 milyard dolları büdcə vəsaiti hesabına, 1 milyard dolları Dövlət Neft Fondunun hesabına, 900 milyon dolları isə beynəlxalq təşkilatların hesabına formalaşıb”.

APA-nın məlumatına görə, bu rəqəmləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Fransa Senatının nümayəndə heyəti ilə görüşündə bildirib. O qeyd edib ki, Dövlət Neft Fondundan ayrılan 1 milyard dollar vəsait hesabına 70 müasir qəsəbə tikilib. Son 8 ildə 120 mindən artıq ailə yeni qəsəbələrə köçürülüb.

Ə. Həsənov bildirib ki, 2003-cü ildə məcburi köşkünlər arasında yoxsulluq səviyyəsi 75 faiz idisə, hazırda bu rəqəm 18 faizə düşüb. 2011-ci ildə Azərbaycan dövləti bir məcburi köşkün üçün 900 dollar vəsait xərcləyib: “Bu vəsait dünyadakı bütün münaqişə zonalarındakı məcburi köçkünlər üçün sərf edilən ən yüksək rəqəmdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR