FHN əməkdaşları buz bağlamış yolda qalan şəxsləri xilas ediblər

FHN əməkdaşları buz bağlamış yolda qalan şəxsləri xilas ediblər
# 05 mart 2012 09:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları buz bağlamış yolda qalan şəxsləri xilas ediblər. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, ötən gecə Qobustan rayonunun Nərimankənd kəndində (rayon mərkəzindən 13 km aralı) “VAZ” markalı minik avtomobilində olan 2 nəfər yolun buz bağlaması, habelə havanın dumanlı olması səbəbindən köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası cəlb olunub. Avtomobil yedəyə alınaraq təhlükəsiz əraziyə çıxarılıb. Əməliyyat saat 04:48-də başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR