Azərbaycan prezidenti Türkiyənin elm, sənaye və texnologiya nazirini qəbul edib
27 aprel 2012 10:56 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, Azərbaycanla Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev elm, sənaye və texnologiya sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. O, Türkiyənin elm, sənaye və texnologiya nazirinin Bakıya səfərinin bu sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə edib.
Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergün prezident Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb, Azərbaycana səfərindən və prezident İlham Əliyevlə görüşündən böyük məmnunluq hissi keçirdiyini deyib. Türkiyəli nazir səfər zamanı rəhbərlik etdiyi nazirliklə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparacaqlarına ümidvar olduğunu vurğulayıb.

İnfrastruktur
Azad olunmuş ərazilərə iyun ayı üçün avtobus biletləri satışa çıxarılır
17:13
24 may 2024
Ev almaq istəyənlərinə nəzərinə - cəmi 15.655 manat ilkin ödənişlə 3 otaq studiya mənzillər
15:02
24 may 2024
AZAL: Gələn aydan əcnəbilər Gürcüstana yalnız səyahət sığortası ilə giriş edə biləcək
13:13
24 may 2024
Türkiyəli nazir: Şərq-Qərb istiqamətində Orta Dəhlizin xüsusi önəmi var
12:25
24 may 2024