Düşənbə-Bakı aviareysi yenidən təxirə salınıb

Düşənbə-Bakı aviareysi yenidən təxirə salınıb
# 07 sentyabr 2012 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün səhər Düşənbədən (Tacikistan) Bakıya yerinə yetirilməsi planlaşdırılan birbaşa sərnişin aviareysi yenidən təxirə salınıb.

Heydər Əliyev Beynəlxalq Aeroportdan «APA-Economics»ə verilən məlumata görə, 141 saylı Düşənbə-Bakı aviareysi sərnişinlərin az olması səbəbindən yerinə yetirilməyib: «Bu səbəbdən müvafiq olaraq 142 saylı Bakı-Düşənbə reysi üzrə də uçuş həyata keçirilməyib. Bu marşrutla növbəti uçuş sentyabrın 12-də saat 06:30-da yerinə yetiriləcəyi gözlənilir».

Xatırladaq ki, 141 və 142 saylı aviareyslər avqustun 31-də də sərnişinlərin az olması səbəbindən yerinə yetirilməyib.

Qeyd edək ki, Bakı-Düşənbə aviareysi hər həftənin V günləri saat 06:30-da «Boeing-737» tipli avialayneri ilə «Tajik Air» aviaşirkəti tərəfindən yerinə yetirilir. Aviaşirkət sözügedən aviareys üzrə uçuşlara iyulun 20-də başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR