Bu gün Bakıda xəttə çıxan avtobusların sayı artırılıb, marşrut avtobusları işini tez başa çatdıracaq

Bu gün Bakıda xəttə çıxan avtobusların sayı artırılıb, marşrut avtobusları işini tez başa çatdıracaq
# 10 fevral 2012 13:23 (UTC +04:00)
Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov «APA-Economics»ə bildirib ki, bu gün saat 11:00-da paytaxta 1 100 avtobus marşrut xəttinə buraxılıb. Yolların nisbətən təmizlənməsi ilə əlaqədar olaraq günorta saatlarınadək onların sayı daha da artırılaraq 1 500-ə çatdırılıb.

Qeyd edək ki, son bir neçə gündə paytaxtda 700-dək avtobus xəttə buraxılırdı.

Bakı Beynəlxalq Avtovağzalından avtobusların buraxılması da nisbətən qaydaya düşüb və saat 11:00-dək 67 avtobus 1 158 sərnişinlə yola salınıb. İndiyədək isə yola salınan maşınların sayı 100-ü keçib: «Amma hələlik bu rəqəmlər də normadan aşağıdır».

N.Həsənov bildirib ki, daxili marşrutlarda avtobusların işi saat 18:00-19:00-dan sonra dayandırılmağa başlanacaq: «Paytaxtın dağlıq hissələrində artıq axşam saat 6-7-dən avtobusların fəaliyyəti dayandırılacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR