Ombudsmanın nümayəndələri polis şöbələrinin təcridxanalarına başçəkmələr həyata keçiriblər

Ombudsmanın nümayəndələri polis şöbələrinin təcridxanalarına başçəkmələr həyata keçiriblər
# 03 oktyabr 2012 11:35 (UTC +04:00)
Bakı-APA. Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun Şəki Regional Mərkəzinin üzvləri Oğuz, Qəbələ, Zaqatala, Balakən və Şəki rayonlarının Polis şöbələrinin MST-lərinə başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrupun üzvləri başçəkmələr zamanı MST-lərdə saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olub, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər. Saxlanılanlarla söhbət zamanı həmin şəxslər saxlanma şəraitindən və onlara qarşı rəftardan narazılıq etməyiblər.

Həmçinin Şəki qarışıq tipli uşaq evinə də başçəkmə həyata keçirilib.
Başçəkmələr zamanı hər hansı pozuntu halları müşahidə edilməyib.

MST-lərin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR