Elmar Məmmədyarov: “Ermənistan əsgərlərinin ölməsini istəmirsə, işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalıdır”

Elmar Məmmədyarov: “Ermənistan əsgərlərinin ölməsini istəmirsə, işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalıdır”
# 14 iyun 2012 11:40 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan tərəfi qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasına öz razılığını verib. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT sədri Eymon Gilmorla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Lakin bu mexanizm Ermənistan qoşunları Azərbaycanın işğal altında olan ərazilərini tərk etdikdən sonra işləməyə başlaya bilər. Yalnız o zaman həmin mexanizmi icra etmək olar. Əgər bu mexanizm indi tətbiq olunmağa başlasa, bu, mövcud status-kvo vəziyyətinin daha da möhkəmlənməsi deməkdir ki, bu da qəbul olunmazdır”.

XİN başçısı qeyd edib ki, əgər Ermənistan öz əsgərlərinin ölməsini istəmirsə, o zaman işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməlidir: “Əgər bu baş versə, snayperlərin saxlanmasına da gərək qalmayacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR