Azərbaycanın Ucar rayonunda dörd maşın toqquşub, çoxlu sayda yaralı var – YENİLƏNİB

Azərbaycanın Ucar rayonunda dörd maşın toqquşub, çoxlu sayda yaralı var – <font color=red>YENİLƏNİB</font>
# 28 iyul 2012 10:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov, Zahid Abışov-APA. Azərbaycanın Ucar rayonunda ağır yol qəzası baş verib.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə bu gün saat 12.00 radələrində Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Beş avtomobilin toqquşması ilə nəticələnən yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, yol qəzası Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. “57 DX 909” dövlət nömrə nişanlı “VAZ-21011” markalı , “90 KY 642” dövlət nömrə nişanlı “Nissan” markalı, “90 JU 211” dövlət nömrə nişanlı “KaMaz” markalı və “04 BF 032” dövlət nömrə nişanlı “KaMaz” markalı yük maşını toqquşub. Nəticədə “VAZ-21011”də güclü yanğın baş verib və maşında olan 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Kürdəmir MRX-dan APA-nın yerli bürosuna bildirilib ki, yaralılar - 1991-ci il təvəllüdlü Fərzəliyev Nurlan Əli oğlu, 1983-cü il təvəllüdlü Həmidov Sərdar Akif oğlu, 1980-cı il təvəllüdlü Yusifov Akşin Azər oğlu və 1966-cı il təvəllüdlü Məmmədov Rəhman Mustafa oğludur. Güclü yanıq xəsarəti almış Sərdar Həmidov və Akşin Yusifovun vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR