Sumqayıtda 41 yaşlı qadın dənizdə batıb

Sumqayıtda 41 yaşlı qadın dənizdə batıb
# 17 avqust 2012 08:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Xəzər dənizinin Sumqayıt sahillərində faciəli hadisə baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Abşeron sakini, 1971-ci il təvəllüdlü Mirvari Siyasət qızı Musayeva ailəsi ilə birlikdə dənizdə çimərkən dalğa onu sahildən uzaqlaşdırıb. Həyat yoldaşı onu xilas etməyə çalışsa da, bu mümkün olmayıb. M. Musayeva boğularaq ölüb.

Polisdən həmçinin bildirilib ki, M. Musayevanın əri Sumqayıt şəhər Xəstəxanasının həkimidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR