Rövnəq Abdullayev: «Azərbaycan Dövlət Neft Şirkəti lay sularının dənizə atılmasının qarşısını tam alacaq»

Rövnəq Abdullayev: «Azərbaycan Dövlət Neft Şirkəti lay sularının dənizə atılmasının qarşısını tam alacaq»
# 01 noyabr 2012 08:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) hasilat zamanı yaranan lay sularının dənizə atılması prosesini sıfıra endirəcək. «APA-Economics»in xəbərin görə, bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev bildirib ki, hazırda Bakı buxtasının təmizlənməsi istiqamətində aparılan işlər davam etdirilir: «Əgər bundan öncə burada dənizə gündə 7-8 min ton lay suları atılırdısa, hazırda bu göstərici sıfıra endirilib. Analoji işlər Balaxanı və Suraxanıda da aparılır ki, burada da lay sularının dənizə atılması sıfıra endiriləcək».

R.Abdullayev onu da qeyd edib ki, ARDNŞ-in zavod və müəssisələrindən də lay sularının dənizə atılmasının qarşısı tam alınacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR