“The Wall Street Journal”: İran hərbçilərini Suriyaya göndərir

“The Wall Street Journal”: İran hərbçilərini Suriyaya göndərir
# 29 avqust 2012 08:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Suriyada 17 aydır davam edən vətəndaş müharibəsində İran hərbçilərinin Bəşər Əsəd rejiminin tərəfində olduğu iddiası irəli sürülüb. APA-nın “The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, İran İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) komandanlarını və yüzlərlə hərbçisini Suriyaya göndərir.

Qəzetin yazdığına görə, “Sepah”ın komandanlarından olan general Salar Abnuş İranın Suriyadakı hərbi mövcudluğunu təsdiqləyib.

İranlı komandan Suriya iqtidarına yaxın xəbər agentliyinə müsahibəsində bildirib ki, bu gün müharibəni bütün tərəfləri ilə yaşayırlar: “Suriyada hərbi mübarizə, ümumiyyətlə, mədəni döyüş aparırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR