Azərbaycan prezidenti Malayziyanın Ali Başçısına təbrik məktubu göndərib

Azərbaycan prezidenti Malayziyanın Ali Başçısına təbrik məktubu göndərib
# 30 avqust 2012 16:07 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Malayziyanın Ali Başçısı Tuanku Abdul Halim Müədzəm Şah ibni əl-Məhrum Sultan Badlişaha təbrik məktubu ünvanlayıb. APA-nın məlumatına görə, məktubda deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Malayziya münasibətlərinin, ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi, əməkdaşlığımızın genişlənməsi yolunda səylərimiz daim xalqlarımızın rifahına töhfələr verəcək.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziya xalqına əmin-amanlıq və rifah diləyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR