Avronest komitəsində hesabat qəbul olunub

Avronest komitəsində hesabat qəbul olunub
# 02 aprel 2012 15:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Avronest Parlament Assamleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin Bakıda keçirilən iclasında “Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrində müstəqil və azad KİV məsələləri də daxil olmaqla, demokratiyanın gələcək problemləri” mövzusunda hesabat qəbul olunub. APA-nın məlumatına görə, hesabatın həmməruzəçisi olan Milli Məclisin üzvü Əli Hüseynli iclasda bildirib ki, bu hesabat hazırlanarkən xeyli kompromislərə gedilib: “Şərq tərəfdaşlığı ölkələri üçün ən prioritet məsələ Avropa dəyərləri və insan hüquqlarının inkişafıdır”.

Ə. Hüseynli deyib ki, komitənin hesabatı hazırlanarkən bu kimi hallara, korrupsiyaya qarşı mübarizə məsələlərinə, medianın inkişafına böyük yer ayrılıb.

Bununla da Avronest Paralment Assamleyasının Bakı sessiyasının ilk iş günü başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR