Zərifə Əliyeva adına liseydə “Mərhəmətə gedən yol” adlı xeyriyyə aksiyası keçiriləcək - FOTO

Zərifə Əliyeva adına liseydə “Mərhəmətə gedən yol” adlı xeyriyyə aksiyası keçiriləcək - <font color=red>FOTO</font>
# 27 aprel 2012 11:40 (UTC +04:00)
Bakı – APA. Zərifə Əliyeva adına liseydə “Sağlam həyat” aksiyası silsiləsindən 2-ci tədbir keçiriləcək. APA-nın məlumatına görə, aprelin 28-də saat 11-də başlayacaq tədbir “Mərhəmətə gedən yol” adlanır. Uşaqlar çəkdikləri rəsmləri, fotoları, əl işlərini və digər əşyaları liseydə təşkil olunacaq yarmarkada satışa çıxaracaqlar. Satışdan yığılan pullar Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, 4a ünvanında yaşayan, 4 yaşlı Əlibəbir Elsən oğlu Tahirlinin xaricdə əməliyyat olunmasına sərf ediləcək.

Arzu edənlər xeyriyyə aksiyasında iştirak edə bilərlər.

Qeyd edək ki, həkimlər Ə. Tahirliyə anaplastik ependimoma (anaplastic ependymoma) diaqnozu qoyublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR