Zaqatalada yaşayış evi yanıb

Zaqatalada yaşayış evi yanıb
# 20 sentyabr 2012 16:25 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Mosul kənd sakini Sulxayeva Şövkət Zübeyr qızına məxsuz ümumi sahəsi 100 kv. m olan 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Zaqatala YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Zaqatala YMH-nin əməkdaşlarının Şövkət Sulxayevaya məxsus evin yalnız bir otağını yanğından xilas edə biliblər. Yanğın nəticəsində evin 70 kv. m-ə yaxın sahəsi, yəni bir otaq və dəhliz içindəki əşyalarla birlikdə, daha bir otağın isə tavan hissəsi yanaraq yararsız hala düşüb.

Yanğın baş verən zaman ev sahiblərinin fındıq yığımında olduqları bildirilir. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR