“İRƏLİ” və Azərbaycan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Müslüm Maqomayevin 70 illiyinə həsr olunmuş xatirə konserti keçiriləcək
10 avqust 2012 07:31 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyi və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək. APA-nın məlumatına görə, tədbir 18 avqust saat 18:00-da Filarmoniyanın nəzdində olan Kamera və Orqan Musiqi zalında baş tutacaq. Konsertdə "İRƏLİ" Mədəniyyət Mərkəzi üzvləri olan gənc ifaçılar dünya musiqi mədəniyyəti tarixində parlaq iz qoymuş dahi sənətkarın mahnılarını ifa edəcəklər. Eyni zamanda M.Maqomayevin həyatından bəhs edən qısa film nümayiş olunacaq. "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, öz sənəti ilə milyonların sevgisini qazanmış və Azərbaycanı dünyada tanıdan əvəzolunmaz Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert proqramının təşkil olunması bizim üçün məsuliyyətli, eyni zamanda qürurverici hadisədir. Məqsədimiz dahi sənətkarın ruhuna hörmət nümayişi ilə yanaşı, həm də Müslüm Maqomayev irsinin gənclər arasında təbliğ olunmasıdır. Konsert proqramında 400 nəfər qonağının iştirakı gözlənilir.
Mədəniyyət siyasəti
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Ağdamda xüsusi sessiyası keçirilib
18:04
3 may 2024