BMT TŞ Şimali Koreyanı raket sınağına görə pisləyib

BMT TŞ Şimali Koreyanı raket sınağına görə pisləyib
# 16 aprel 2012 17:56 (UTC +04:00)
Bakı-APA. Koreya Xalq Demokratik Respublikasında «Inxa-3» raketinin sınaqdan keçirilməsi daha öncə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin ciddi pozulmasıdır. APA-nın məlumatına görə, BMT TŞ-nın bəyanatında belə deyilir.

Bu gün qəbul olunmuş bəyanatda TŞ KXDR-nı gələcəkdə ballistik raketlərin texnologiyasından istifadə etməklə sınaqlar keçirməməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR