Türkmənistan prezidenti mindən artıq məhbusu əfv edib

Türkmənistan prezidenti mindən artıq məhbusu əfv edib
# 18 may 2012 16:34 (UTC +04:00)
Bakı - APA. Türkmənistan prezidenti Qurbanqulu Muhəmmədov mindən artıq məhbusun əfv edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, əfv olunanlardan 987 nəfəri Türkmənistan vətəndaşı, 35 nəfəri isə əcnəbidir.

Fərman 18 mayda qeyd olunan Konstitusiya günü, eləcə də Dirçəliş və Birlik günü münasibətilə imzalanıb. Prezident Milli Təhlükəsizlik Nazirliyinə əfv olunanların bayram günü evində olmasına nəzarət etməyi tapşırıb. Yerli administrasiyalara isə əfv olunanları işlə təmin etmək haqqında göstəriş verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR