ÜTT “Boeing”i inhisarçılıqda ittiham edib

ÜTT “Boeing”i inhisarçılıqda ittiham edib
# 13 mart 2012 09:40 (UTC +04:00)
Bakı - APA-Economics. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) apellyasiya orqanı “Boeing” “Airbus”a qarşı işi üzrə yekun qərarını açıqlayıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, səkkiz il davam edən araşdırmalardan sonra belə bir rəyə gəlinib ki, “Boeing” şirkətinin dövlət subsidiyaları və vergi güzəştləri alması təşkilatın anti-inhisar qanunvericiliyinin pozulması olmaqla “Airbus”un maraqlarına zərbə vurub.

“Subsidiyalar və vergi güzəştləri “Boeing”in məhsullarının yekun qiymətinə təsir edib və təyyarə bazarında “Airbus”a 100-200 sərnişin tutumu həcmində zərər vurub” - deyə 700 səhifəlik sənəddə bildirilir.

Qeyd olunur ki, “Boeing” 1989-2006-cı illərdə 5 mlrd. dollar həcmində subsidiyalar alıb. Avropa tərəfinin fikrincə, bu vəsait yeni “Boeing-787 Dreamliner” laynerinin yaradılmasına sərf olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR