“Qalatasaray” braziliyalı futbolçu ilə müqavilə bağlayıb

“Qalatasaray” braziliyalı futbolçu ilə müqavilə bağlayıb
# 04 sentyabr 2012 10:15 (UTC +04:00)
Bakı – APA. Avrokuboklarda uğur qazanmaq istəyən “Qalatasaray” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, İstanbul klubu “Lion”dan Kristiano Marques Qomesi (Kris) transfer edib.

Braziliyalı ilə 1 illik müqavilə bağlanılıb. “Cim Bom” Krisə görə fransızlara 1,25 milyon avro ödəyib, bundan başqa futbolçunun meydana çıxacağı hər oyuna əlavə 10 min avro verəcək.

Qeyd edək ki, mərkəz müdafiəçisi axtarışında olan “Qalatasaray” “Mançester Siti”nin futbolçusu Kolo Tureni də transfer etməyi planlaşdırırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR