Partiya sədri: “”Eurovision” keçirilən günlərdə Azərbaycana jurnalist adı altında casus şəbəkəsi gəlib”

Partiya sədri: “”Eurovision” keçirilən günlərdə Azərbaycana jurnalist adı altında casus şəbəkəsi gəlib”
# 28 may 2012 13:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bugünlərdə Avropadan Azərbaycana gələn jurnalistlər təlimatlandırılıblar ki, get bu ölkənin rəhbərliyini öz vətəndaşlarına söydür, lent yazısını gətir. Belə şeyə yol vermək olmaz. Heç kəsi söymək olmaz. Məsələn, bir ingilis jurnalistdən soruşmaq lazımdır ki, sizin kraliçanı təhqir etsək necə olar?” APA-nın xəbərinə görə, bu sözləri Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O, rəhbərlik etdiyi partiyanın hakimiyyət uğrunda mübarizəni milli-mənəvi dəyərləri qorumaqla, əxlaq çərçivəsində apardığını bildirib.

VİP sədri “Eurovision” keçirilən günlərdə Azərbaycana jurnalist adı altında casus şəbəkəsinin gəldiyini vurğulayıb.

Ə. Əliyev Azərbaycan hökumətinin İranla bağlı apardığı siyasəti də təqdir edib: “Azərbaycanın hədəfə çevrilməsinə imkan vermək olmaz. Ölkəmiz Küveytə çevrilməməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR