Azərbaycan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı Milli Məclisdə qəbul olunub - YENİLƏNİB

Azərbaycan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı Milli Məclisdə qəbul olunub - <font color=red>YENİLƏNİB</font>
# 02 noyabr 2012 10:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı dinlənildikdən sonra sənədin müzakirəsi başlayıb. APA-nın məlumatına görə, deputatlar Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Azay Quliyev, Qənirə Paşayeva, Əli Hüseynli və başqaları çıxış ediblər. Çıxışçılar hesabatı təqdir ediblər.

Hesabat səsverməyə çıxarılaraq qəbul olunub.


***

12.43

Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib. APA-nın məlumatına görə, hesabatı Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov təqdim edib.

O bildirib ki, 2012-ci ilin 10 ayında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 85 fakt aşkar edilib. Müvafiq dövrdə məcburi əməklə bağlı 2 fakt aşkarlanıb, həmçinin 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilib. Bu növ hüquqazidd əməllərə görə 20 nəfər tutulub, beynəlxalq axtarışa verilən şəxslərdən 3-ü saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

İnsan alveri cinayətlərinə görə məhkəmələr tərəfindən 10 nəfər 5 ildən 10 ilədək müddətdə azadlıqdan məhrum edilib.

Hesabat dövründə Azərbaycanda insan alverinin müəyyən edilmiş 53 qurbanından 19-u Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü isə Rusiya Federasiyasına aparılıb. İnsan alveri qurbanlarından 6 nəfəri ölkə daxilində istismara cəlb olunub. Qurbanlardan 4-ü təhsilsiz (7,4 faiz), 4-ü natamam orta (7,4 faiz), 45-i orta təhsilli (84,9 faiz), 35-i subay, 17-si evli, 2 nəfəri isə yetkinlik yaşına çatmayanlar olub: “Araşdırmalar göstərir ki, Azərbaycan insan alverinə məruz qalan şəxslər üçün bu gün yalnız mənbə ölkəsidir və son 2 ildə digər dövlətlərdən olan şəxslərin respublikanın ərazisindən tranzitlə keçirilməsi və ya insan alveri məqsədilə gətirilməsi kimi əməllər qeydə alınmayıb”.

Hesabat dövründə ölkə polisi tərəfindən aparılmış reydlər zamanı küçə həyatı yaşayan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalar zamanı həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-ə yaxın valideyn barəsində tərtib olunmuş materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti dövlət strukturlarına göndərilib.

Baxımsız, eləcə də müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 100-ə yaxın uşağa və onların valideynlərinə paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Uşaq hüquqları klinikası”nda, “Uşaq və gənclərin sosial reabilitasiya mərkəzi”ndə hüquqi, psixoloji və digər yardımlar göstərilib. Nərimanov, Nizami və Xətai rayonlarında yaradılmış icma əsaslı “Uşaq polisi otaqları”nda polisin qeydiyyatında olan 27 azyaşlı hüquqi yardım tədbirləri ilə əhatə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR