David Usupaşvili: “Azərbaycanla Gürcüstanı ümumi maraqlar birləşdirir” - FOTO

David Usupaşvili: “Azərbaycanla Gürcüstanı ümumi maraqlar birləşdirir” - <font color=red>FOTO</font>
# 08 oktyabr 2012 14:00 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu “Gürcü Arzusu” koalisiyası tərəfindən parlamentin sədri vəzifəsinə təqdim olunan Gürcüstan Respublika Partiyasının lideri David Usupaşvili jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanla Gürcüstanı ümumi maraqlar birləşdirir: “Koalisiyamızın lideri həmişə bu barədə deyib və biz də bu prinsiplərlə hərəkət edəcəyik. Azərbaycanla Gürcüstan arasında olan münasibətləri nəinki saxlayacaq, bunu hər vəchlə inkişaf etdirməyə çalışacağıq. Biz dostuq və bu dostluğumuz davam edəcək. Çünki bizim maraqlarımız eynidir. Biz sülhə, iqtisadi sabitliyə çalışırıq”.

D. Usupaşvili Rusiya ilə münasibətlərə dair də fikirlərini ifadə edib: “Rusiya bir şeylə razılaşmalıdır ki, Gürcüstanda hakimiyyət dəyişikliyi olsa da, gürcü xalqı Avropada yaşamaq istəyir. Bu, xalqın qərarıdır. Bizim xalq NATO-ya və Avropa Birliyinə inteqrasiya olmaq arzusundadır. Rusiya və onun hökuməti bunu başa düşməli və dərk etməlidir. Biz Rusiya ilə müharibəyə hazırlaşmırıq, revanşa çalışmırıq. Bilirik ki, Rusiya Gürcüstan ərazilərini işğal edib. Biz bu problemi həll etməyin marağındayıq. Biz Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasını və Qafqazda sülh istəyirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR