Bakıda özlərini su idarəsinin əməkdaşları kimi təqdim edərək vətəndaşlardan pul alan şəxslər saxlanılıb

Bakıda özlərini su idarəsinin əməkdaşları kimi təqdim edərək vətəndaşlardan pul alan şəxslər saxlanılıb
# 07 fevral 2012 08:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında özlərini su idarəsinin əməkdaşları kimi təqdim edərək vətəndaşlardan pul alan qrup zərərsizləşdirilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, yanvarın 30-dan fevralın 6-dək olan müddətdə Sabirabad rayon sakinləri Telman Zeyniyev, əvvəllər məhkum olunmuş Cabbar Mehdiyev və Kürdəmir rayon sakini Salman Əsədov özlərini su idarəsinin əməkdaşları kimi təqdim edərək Bakıxanov qəsəbə sakinləri Mahir Əhmədovdan, Xuraman Xubiyarovadan, Elmira Eminovadan, Aleksandra Qarşkovadan, Şövkət Məhərrəmovadan və Lətifə Əsədovanın hər birindən 50 manat alaraq mənimsədikləri üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən tutulublar.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR