Şahmar Mövsümov: “ARDNF-ın tələblərinə cavab verən əmlak olan kimi dərhal onu alacağıq”

Şahmar Mövsümov: “ARDNF-ın tələblərinə cavab verən əmlak olan kimi dərhal onu alacağıq”
# 23 iyul 2012 14:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Hazırda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlaka investisiya yatırması çərçivəsində binaların seçimi aparılır.

«APA-Economics»in məlumatına görə, bu gün keçirilən mətbuat konfransında ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, ARDNF-in tələblərinə cavab verən daşınmaz əmlak müəyyən edilən kimi həmin gün həmin binanın alınması barədə qərar qəbul ediləcək və müvafiq işlər aparılacaq: «Yəni biz bu gün sadəcə bizim tələblərə uyğun binanın axtarışındayıq».

Qeyd edək ki, ARDNF Avropa və Asiyanın mərkəzi şəhərlərində yerləşən ofis tipli daşınmaz əmlaka investisiya yatırmaq niyyətindədir. Daşınmaz əmlak bazarının öyrənilməsi məqsədilə Fondun əməkdaşları London, Paris, Roma, Moskva və İstanbul şəhərlərinə səfər edərək, müxtəlif daşınmaz əmlak şirkətləri ilə görüşlər keçiriblər. Eyni zamanda həmin şəhərlərdə müxtəlif daşınmaz əmlak obyektlərinə baxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR