İrandan Azərbaycana qeyri-qanunu kimyəvi maddə gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qeyri-qanunu kimyəvi maddə gətirilməsinin qarşısı alınıb
# 13 avqust 2012 12:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan gömrükçüləri İrandan ölkəyə kimyəvi maddənin gətirilməsinin qarşısını alıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində Azərbaycana gələn İran vətəndaşı Jafarpour Bayramalının idarə etdiyi “Scania” markalı sərnişin avtobusunun yükləri “Heiman X-Ray” rentgen qurğusunda yoxlanılarkən sürücünün gömrük nəzarətinə təqdim etdiyi 2 ədəd karton qutudan hər birində 2,5 litr olmaqla, cəmi 7 ədəd - üzərində “Sulfuric Acid” sözləri və “H2SO4” kimyəvi formulu yazılmış plastik qablarda maye halında maddə aşkarlanıb. J. Bayramalı bildirib ki, sözügedən kimyəvi maddəni ona İranın Təbriz şəhərində Mehzad adlı bir İran vətəndaşı verərək onu Bakıda Yelena adlı bir şəxsə çatdırmağı xahiş edib.

DGK bildirir ki, H2SO4 (sulfat turşusu) kimyəvi formullu maddə Azərbaycan ərazisində prekursor sayıldığı üçün onun idxalı, ixracı və tranzit nəql edilməsi Azərbaycan prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 02.09.2002-ci il tarixli 782 saylı fərmanına uyğun olaraq həyata keçirilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR