Aviqdor Liberman: “İranla danışıqları kəsib hərəkətə keçməyin zamanı gəlib”

Aviqdor Liberman: “İranla danışıqları kəsib hərəkətə keçməyin zamanı gəlib”
# 25 iyul 2012 02:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri əbədi davam edə bilməz”. APA-nın məlumatına görə, bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib. Onun sözlərinə görə, tərəflər arasındakı aparılan danışıqları kəsib hərəkətə keçməyin zamanı gəlib. A. Liberman deyib ki, Bolqarıstanda və dünyanın müxtəlif bölgələrində İsrail vətəndaşlarını hədəf alan hücumun arxasında “Hizbullah” təşkilatı və İran var: “Hazırda “Hizbullah”ın kimyəvi və bioloji silah əldə etmək istədiyi və bu istiqamətdə cəhdlər göstərdiyinə dair əlimizdə kifayət qədər məlumatlar mövcuddur. Belə ki, “Hizbullah” Suriyanın kimyəvi və bioloji silahlarını əldə etməyə çalışır. Ən böyük narahatlığımız da budur. Bu bizim üçün qırmızı xətt və açıq şəkildə döyüş səbəbidir. Suriya kimyəvi və bioloji silahlarını “Hizbullah”a verəcəyi təqdirdə, tərəddüd etmədən hərəkətə keçəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR