Dövlət Foto-Kino Sənədləri Arxivinə qaçqın və məcburi köçkünlərə aid 265 saxlama vahidi fotosənəd daxil olub

Dövlət Foto-Kino Sənədləri Arxivinə qaçqın və məcburi köçkünlərə aid 265 saxlama vahidi fotosənəd daxil olub
# 07 iyun 2012 12:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dövlət Foto-Kino Sənədləri Arxivinə qaçqın və məcburi köçkünlərə aidi 265 saxlama vahidi fotosənəd daxil olub. Arxivdən APA-ya verilən məlumata görə, fotosənədlər qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşması, hüquqlarının kütləvi şəkildə pozulması faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması, işğaldan azad olunmuş ərazilərdə onların sosial-məişət şəraitinin yaxşılaşdırılması,qaçqın şəhərciklərinin tikilməsi və istifadəyə verilməsi, humanitar yardımların verilməsi mövzularını əks etdirir. Hazırda Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən daimi saxlanılmaq məqsədilə verilən sənədlərin arxiv fonduna qəbulu sənədləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR