«Texnikabank» fasiləsiz iş rejiminə keçib

«Texnikabank» fasiləsiz iş rejiminə keçib
# 14 avqust 2012 11:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC qarşısında duran strateji vəzifələri həyata keçirmək, ölkə bankları arasında artan rəqabət şəraitində müştərilərə göstərilən xidmətin keyfiyyətini və operativliyi artırmaq, bununla da bankın müştəri bazasının genişləndirilməsinə nail olmaq məqsədi ilə fasiləsiz iş rejiminə keçib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə bankın Müştəri Xidməti, Nağd vəsaitlərin dövriyyəsi və Kredit departamentlərində müştərilərə saat 09:30-dan 17:00-dək fasiləsiz xidmət göstərilir.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub. Bankın ölkə üzrə 35 filialı, 17 şöbəsi mövcuddur. Hazırda bank 762 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR