Azərbaycanda baş verən yol qəzasında bir meyxanaçı ölüb, bir neçəsi yaralanıb

Azərbaycanda baş verən yol qəzasında bir meyxanaçı ölüb, bir neçəsi yaralanıb
# 25 avqust 2012 08:04 (UTC +04:00)
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə ötən gün axşam saatlarında Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı maşın idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Nəticədə maşında olanlardan bir nəfər Əfqan adlı şəxs aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Daha beş nəfər – Surxay Abbasov, Kərim Rəhimov, Xəqani Tağıyev, Famil Məmmədov və Fərdi Bayramzadə ağır vəziyyətdə Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Polisdən həmçinin bildirilib ki, qəzaya düşən şəxslər meyxanaçılar olublar, onlar Gürcüstana toya gedirmişlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR