Audiovizual Şura: "Alatava" serialının yayımını dayandıra bilmərik, tövsiyələr verdik

Audiovizual Şura: "Alatava" serialının yayımını dayandıra bilmərik, tövsiyələr verdik
# 04 iyun 2024 12:33 (UTC +04:00)

Ölkə üzrə ümumi janrlı yayımçıların proqramındakı maarifləndirici verilişlərin miqdarı arzuolunan qədər deyil.

APA xəbər verir ki, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, ümumi janrlı kanalların proqramında maarifləndirici verilişlərin həcmi 10-12 faizdir: “Bu rəqəm bizim üçün heç də arzuolunan deyil. Lakin biz yayımçıların seçiminə müdaxilə edə bilmərik”.

Fazil Novruzov vurğulayıb ki, bu yaxınlarda İctimai TV-də yayımlanan "Alatava" serialındakı müəyyən məqamlar ilə bağlı yayımçıya tövsiyələr verilib: “Bu kanal ictimai yayımçı olduğu üçün biz onun yayımını dayandıra bilmərik, lakin tövsiyələr vermişik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR