Azərbaycanın xarici işlər naziri “G-20” sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
20 fevral 2012 08:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xarici işlər nazirlərinin qeyri-rəsmi “G-20” sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, Elmar Məmmədyarov İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqayo, İtaliya Xarici İşlər Nazirliyinin dövlət katibi Marta Dassu, ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarla görüşüb. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı və bir sıra regional məsələlər müzakirə edilib.
Xarici siyasət
XİN: Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır
20:03
19 may 2024
Latviya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO - YENİLƏNİB
19:21
19 may 2024
İran səfirinin Azərbaycan Respublikasındakı diplomatik missiyası başa çatıb
18:44
19 may 2024
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
14:53
19 may 2024