Azərbaycan deputatı İrəvanda Ermənistanı işğalçı adlandırıb
![Azərbaycan deputatı İrəvanda Ermənistanı işğalçı adlandırıb](https://apa.az/storage/news/2012/may/23/big/Irevan sheheri 190112.jpg)
APA-nın “Novosti-Armenia”ya istinadən yaydığı məlumata görə, bu fikirləri QDİƏT Parlament Assambleyasının 39-cu plenar sessiyasında iştirak etmək üçün İrəvana gedən Azərbaycan Milli Məclisinin üzvü Asəf Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
Asəf Hacıyev bildirib ki, Ermənistanla hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz: “Düşünürəm ki, sizin yeni rəhbərliyinin bu məsələyə qeyd etdiyim nöqteyi-nəzərdən yanaşmalı, işğal altında saxladıqları torpaqları azad etməlidir. Yalnız bundan sonra Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində status verilə, bütün kommunikasiyalar bərpa oluna bilər”.
Xatırladaq ki, QDİƏT Parlament Assambleyasının 39-cu plenar sessiyasında Azərbaycan Milli Məclisinin üç nəfərlik nümayəndə heyəti iştirak edir.