Tehranda məscidin uçması nəticəsində 8 nəfər ölüb, xeyli sayda insan yaralanıb

Tehranda məscidin uçması nəticəsində 8 nəfər ölüb, xeyli sayda insan yaralanıb
# 21 aprel 2012 09:55 (UTC +04:00)
APA-nın “Tabnak” saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 20-də axşam saatlarında baş verib.

Məscidin uçmasına yaxınlıqda çoxmərtəbəli binanın tikintisi məqsədilə aparılan qazıntı işləri səbəb olub. Qazıntı işləri zamanı qədim məscidin bünövrəsi zədələnib.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR