Azərbaycan FHN-in xilasediciləri NATO-nun Gürcüstanda keçirilən təlimində iştirak edirlər

Azərbaycan FHN-in xilasediciləri NATO-nun Gürcüstanda keçirilən təlimində iştirak edirlər
# 24 sentyabr 2012 14:25 (UTC +04:00)
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, NATO-nun Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzinin (EADRCC) və Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların idarə olunması Departamentinin təşkilatçılığı altında keçirilən təlimdə əsas məqsəd NATO-ya üzv və tərəfdaş ölkələr arasında fövqəladə hadisələr zamanı birgə və səmərəli fəaliyyətin təşkil olunmasıdır. Təlim sentyabrın 28-dək davam edəcək.

“Gürcüstan-2012” təliminin ssenarisi Gürcüstanın mərkəzi ərazisində Tbilisidən 35 km cənubda Kvemo Kartli regionunda Rixter şkalası ilə 6,8 bal gücündə zəlzələnin törətdiyi fəsadların aradan qaldırılmasından ibarətdir.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin 60 nəfər şəxsi heyəti axtarış-xilasetmə, kimyəvi, bioloji, radioloji, nüvə və tibb xidməti üzrə əməliyyatları həyata keçirəcək.

Tədbirdə Azərbaycanla yanaşı, NATO-ya üzv və tərəfdaş dövlətlərin komandaları, həmçinin, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR