Dünən Bakıda 21 yaşlı oğlanı gün vurub

Dünən Bakıda 21 yaşlı oğlanı gün vurub
# 04 avqust 2012 08:44 (UTC +04:00)
Qaradağda bir nəfər sudaboğulmadan xilas edilib

Bakı. Sevil Zeynalqızı-APA. Dünən Bakıda günvurma ilə bağlı təcili yardıma bir müraciət daxil olub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya bildirib ki, Tofiq Bəhramov adına Respublika Stadiondan edilən müraciət əsasında, günvurmaya məruz qalan 21 yaşlı oğlana tibbi yardım göstərilib və onun vəziyyəti yaxşılaşıb.

Zemfira Vahidova deyib ki, ötən gün Qaradağ qəsəbəsindəki “Sahil” çimərliyində 23 yaşlı bir oğlan sudaboğulmadan xilas edilib və ona tibbi yardım göstərilib. İlan və ərqəb sancmaları ilə bağlı isə təcili yardıma müraciət daxil olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR