Əfqanıstanda terror aktı nəticəsində 4 nəfər həlak olub

Əfqanıstanda terror aktı nəticəsində 4 nəfər həlak olub
# 24 mart 2012 17:47 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanın Uruzqan vilayətinin Tarinkot şəhərində avtomobilin partlaması nəticəsində 4 nəfər həlak olub. Bu barədə APA Pajvak agentliyinə istinadən məlumat verir.

Hadisə şəhərin Deh-Yak rayonunda baş verib. Həlak olanlar arasında Uruzqan vilayətindən olan keçmiş senator Hacı Xeyru Can, puştu tayfa başçısı Hacı Şərafəddin də var.

Terror aktına görə heç bir qruplaşma öz üzərinə məsuliyyəti götürməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR