Suriya üsyançıları qırıcı təyyarə vurublar

Suriya üsyançıları qırıcı təyyarə vurublar
# 22 sentyabr 2012 12:23 (UTC +04:00)
Bakı – APA. Suriyanın İdlib əyalətində üsyançıların hərbi birləşmələri tərəfindən qırıcı təyyarə vurulub. APA-nın məlumatına görə, Bəşər Əsəd rejiminə qarşı vuruşan üsyançılar qırıcını Ətarib şəhəri yaxınlığında yerləşən hərbi bazaya hücum əməliyyatı zamanı vurublar. Lakin rəsmi mənbələr faktla bağlı məlumat vermir, həmçinin təyyarənin modeli dəqiqləşdirilmir.

Müxtəlif mənbələrdən daxil olan məlumatlara əsasən, hazırda Suriyanın müxtəlif şəhərlərində üsyançılarla hakimiyyət qüvvələri arasında toqquşmalar davam edir. Suriya Azad Ordusunun rəsmiləri isə tezliklə paytaxt Dəməşq istiqamətində genişmiqyaslı hücuma keçəcəklərini vurğulayırlar.

Ötən ilin yaz aylarında başlanan toqquşmalar nəticəsində indiyədək ən azından 20 min nəfərin öldürüldüyü bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR