Azərbaycanda İstiqlalçı Deputatların Məclisi yaradılıb

Azərbaycanda İstiqlalçı Deputatların Məclisi yaradılıb
# 28 sentyabr 2012 12:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında İstiqlalçı Deputatların Məclisinin yaradılması ilə bağlı toplantı keçirilib.

APA-nın xəbərinə görə, iclası açıq elan edən keçmiş deputat Hacıbaba Əzimov bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında, qanunvericilik bazasının formalaşmasında Müstəqillik Aktını hazırlayan və imza atan insanların əməyi danılmazdır: “Amma nədənsə son illər deputatların əməyinin unudulması istiqamətində addımlar atılır. 18 oktyabr müstəqillik gününün təqvimdən qeyri-iş günü kimi çıxarılması da bu istiqamətdə atılan addımlardandır”.

Tədbirdə sabiq deputatlardan Tahir Kərimli, Firudin Cəlilov, Sülhəddin Əkbər, Sabir Rüstəmxanlı, Məryəm Həsənova, İbrahim İbrahimli çıxış edərək, İstiqlalçı Deputatların Məclisinin yaradılmasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, iclasda iştirak etməyən bir çox keçmiş deputat da bu təşəbbüsü dəstəkləyir.

Daha sonra İstiqlalçı Deputatların Məclisi təsis olunub və bununla bağlı bəyanat qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR