Meksikada avtomobildə 14 nəfərin meyidi tapılıb

Meksikada avtomobildə 14 nəfərin meyidi tapılıb
# 10 avqust 2012 00:46 (UTC +04:00)
Bakı-APA. Meksikanın şimalında bir avtomobildə 14 nəfərin cəsədi tapılıb. Rəsmilər, San Luis Potosi əyalətindəki bir yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanmış bir maşında güllələnərək öldürülmüş 14 nəfərin cəsədinin tapıldığını açıqlayıblar.

San Luis Potosi əyalətində uzun müddətdir Zeta cinayətkar dəstəsi ilə Sinaloa narkokarteli arasında qarşıdurma olduğunu bildirən rəsmilər, cinayətlərin narkokartellər tərəfindən həyata keçirildiyini bildiriblər.

Bu arada Sinaloa əyalətində silahlıların 7 nəfəri öldürdüyü bildirildi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR