FHN Nizami rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Nizami rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb
# 24 avqust 2012 15:06 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Fövqəladə Hallar Nazirliyi “Bakı Mexaniki Təmir” Açıq Tipli Səhmdar Cəmiyyətin ərazisində baş vermiş yanğın barədə məlumata yayıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istindən verdiyi məlumatda bildirilir ki, Nizami rayonunda “Bakı Mexaniki Təmir” Açıq Tipli Səhmdar Cəmiyyətinin ərazisində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 1200 kvadrat metr olan dəmir yayma sexində həcmi 4 ton olan çənin içərisində 1.5 ton mazut yanıb.

Mazutun qalan hissəsi, çən və sex yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR