Çağla Yılmaz: “Azərbaycan yığmasını məğlub etdiyimiz üçün çox xoşbəxtik”

Çağla Yılmaz: “Azərbaycan yığmasını məğlub etdiyimiz üçün çox xoşbəxtik”
# 04 oktyabr 2012 10:09 (UTC +04:00)
Bakı – APA. “Bu salonda ilk dəfə oyun keçirib, ilk dəfə qalib gəldik. Bu ilklərə davam edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə Həndbol Federasiyasının prezidenti Bilal Eyüpğlu deyib.

Qadınlar arasında DÇ-2013-ün seçmə mərhələsində millimizlə keçirilən oyun (35:15) haqda fikirlərini açıqlayan Eyüpoğlu Ankarada Türkiyə Həndbol Federasiyasının idman salonunda keçirilən görüşdən məmnun qalıb: “Azərbaycan yığmasını çox gözəl oyunla keçdik. Həftəsonu Portuqaliya ilə keçirəcəyimiz görüşdə də eyni oyunu göstərmək istəyirik”.

Türkiyə millisinin baş məşqçisi Hikmət Vurğun matçdakı aşkar üstünlükdən danışıb: “Oyun boyu Azərbaycan millisindən aşkar üstün olduq və matçı məntiqi sonluğa çatdırdıq. 4 gün sonra qarşılaşacağımız Portuqaliya yığması Azərbaycanla müqayisədə daha gənc və dinamik bir komandadır. Bu dəfə buraxdığımı xırda səhvləri təkrarlamasaq pireneyliləri də məğlub edəcəyik”.

Türkiyəlilərin kapitanı Çağla Yılmaz da görüş haqda fikirlərini bildirib: “Azərbaycan yığmasını məğlub etdiyimiz üçün çox xoşbəxtik. Bu oyun göstərdi ki, Portuqaliyanı da məğlub etmək iqtidarındayıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR