Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva Qəbələyə səfər edib

Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva Qəbələyə səfər edib
# 03 oktyabr 2012 12:50 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva oktyabrın 3-də Qəbələ rayonuna səfər edib. APA-nın məlumatına görə qonaq Qəbələdə “Tufan” dağ-xizək yay-qış istirahət kompleksinin, Qəbələ Konqres Mərkəzinin inşası prosesi ilə,
“Gilan piano” MMC-nin “Beltmann” piano fabrikinin, Qəbələ Konserv Zavodunun,Qəbələ Limonad Zavodunun fəaliyyəti ilə tanış olub. Sabiq prezident Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkərək qədim maddi-mədəniyyət nümunələrinə baxış keçirib.

Roza Otunbayeva Qəbələdəki beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, rayonda yaradılan müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olub, qonağa bölgənin turizm imkanları barədə geniş məlumat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR