Barak Obama: Mən açıq şəkildə demişəm ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hər şeyi edəcəyik
06 fevral 2012 22:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün İsraillə yaxından əməkdaşlıq edir. APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama NBC telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, İsrailin İranın nüvə obyektlərinə hücum edib-etməmək haqda hələlik qərar vermədiyinə inanır: “İsrailin bu məsələni necə həll edəcəyinə dair hələlik qərar vermədiyinə inanıram. ABŞ və İsrail İranın Fars körfəzində və Hörmüz boğazı ilə bağlı hədələrinin diplomatik yolla qarşısının alınmasına çalışacaq. Lakin bu da yeganə yol deyil. Düzdür, hazırda masa üzərində hər hansı həll yolu da yoxdur. Ancaq mən açıq şəkildə demişəm ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hər şeyi edəcəyik. Bu məsələdə İsraillə hər addımı dəqiqləşdiririk. Hesab edirəm ki, İsrail İranın mübahisəli nüvə proqramı barədə narahatlıq keçirməkdə haqlıdır. Biz dünya ictimaiyyətini indiyədək görünməmiş şəkildə səfərbər etmişik və onlar bu ehtiyacı və təzyiqi hiss edirlər. Lakin hələ hansı addımı atacaqlarına qərar verməyiblər. Biz nüvə enerjisindən dinc məqsədlərlə istifadənin əleyhinə deyilik, amma nüvə silahının istehsalının qarşısını almağa çalışacağıq”. B. Obama deyib ki, Fars körfəzində hər hansı yeni hərbi əməliyyat bütünlüklə region üçün təhlükə yaradır: “Yeni münaqişə ABŞ-a və neft qiymətlərinə güclü təsir göstərəcək. ABŞ-ın hələ də İranla sərhəddə yerləşən Əfqanıstanda qoşunları var. Ona görə də bu problemin diplomatik yolla həllinə üstünlük veririk”.
Amerika
Bayden prezidentlik yarışının onun xeyrinə irəlilədiyini bəyan edib
07:49
11 may 2024
Tramp: “Mənə qarşı olan bütün məhkəmə işləri Ağ Ev tərəfindən koordinasiya edilir”
03:36
11 may 2024
ABŞ İsrailə bomba tədarükün dayandıracağını elan etdikdən sonra yardım göndərməyə davam edir
03:05
11 may 2024
Dövlət Departamenti Ukraynaya 30 milyon dollar dəyərində üç “HIMARS”ın satışını təsdiqləyib
01:24
11 may 2024