Azərbaycanda sökülən gəmiçilik zavodlarının əməkdaşları başqa qurumlarda işlə təmin olunub

Azərbaycanda sökülən gəmiçilik zavodlarının əməkdaşları başqa qurumlarda işlə təmin olunub
# 03 oktyabr 2012 11:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bakı Bulvarının genişləndirilməsi layihəsinin icrası ilə əlaqədar olaraq ərazidə sökülən gəmiqayırma və gəmi təmiri zavodlarının işçiləri Xəzər Dəniz Gəmiçiliyinin digər qurumlarında işlə təmin ediliblər. Bu barədə «APA-Economics»ə Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqının sədri Fərhad Quliyev bildirib.

Onu sözlərinə görə, bulvarın genişləndirilməsi ilə əlaqədar Xəzər Dəniz Gəmiçiliyinin 3 müəssisəsi buradan köçürülüb: «Burada işləyənlərin ümumi sayı 1000 nəfərə yaxın idi». Köçürülən zavodların əməkdaşları arasında pensiya yaşına çatan 270 nəfər təqaüdə göndərilib, qalanları gəmiçiliyin digər müəssisələrində yerləşdirilib.

Qeyd edək ki, sökülən zavodların bazasında Zığ sahili istiqamətində baza yaradılıb və gəmiçiliyin mütəxəssislərindən 250-300 nəfər bu bazada yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR