ABŞ: «Suriyada vətəndaş müharibəsi risqi artır»

ABŞ: «Suriyada vətəndaş müharibəsi risqi artır»
# 06 fevral 2012 23:54 (UTC +04:00)
Bakı-APA. Suriyada vətəndaş müharibəsi risqi artır. Bu barədə ABŞ-ın BMT yanında daimi nümayəndəsi Süzan Rays bəyan edib.

Rays bildirib ki, BMT TŞ-nın Suriyaya dair qəbul edə bilmədiyi qətnamə layihəsi bəlkə də tərəfləri danışıqlar masası arxasına əyləşdirmək istəyən Ərəb Dövlətləri Liqasını dəstəkləmək üçün son imkanlardan biri olub.

«ABŞ bütün mümkün vasitələrlə Suriya prezidenti Bəşər Əsədə qarşı təzyiqi artıracaq. Lakin vətəndaş müharibəsi risqi həqiqətən artır», deyə Rays bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR