Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında iki quyu istismara verib

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında iki quyu istismara verib
# 16 aprel 2012 15:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Günəşli» yatağında iki quyu əsaslı təmirdən sonra istismara verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik «Günəşli» yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda da quyular texniki tədbirlər aparılmaqla istismara qaytarılır. Yatağın işlənməsini həyata keçirən «28 May» adına NQÇİ-də bu istiqamətdə mühüm tədbirlər görülür: «Bu günlərdə yataqdakı 13-cü özüldən 436 nömrəli, 10-cu özüldən 186 nömrəli quyular əsaslı təmirdən sonra istismara verilib. Onu da qeyd edək ki, 436 nömrəli quyu sutkada 65 ton neft və 21 min kubmetr qaz, 186 nömrəli quyu isə sutkada 75 ton neft və 17 min kubmetr qaz hasilatı ilə işləyir».

Təmir işləri «28 May» NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR