AMEA prezidenti: “Qeyri-akademik qurumların “Akademiya şəhərciyi”ndən köçürülməsi problemi hələlik həll olunmayıb”

AMEA prezidenti: “Qeyri-akademik qurumların “Akademiya şəhərciyi”ndən köçürülməsi problemi hələlik həll olunmayıb”
# 05 sentyabr 2012 09:35 (UTC +04:00)
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, Dövlət Reyestr Xidməti ilə də köçməklə bağlı danışıqlar aparılır: “Amma hələ ki, bu məsələdə irəliləyiş yoxdur”.

Moskva Dövlət Universitetinin Bakı filialına gəlincə, M. Kərimov deyib ki, bu qurum hətta təzə binaya köçsə də, onun müəyyən strukturları AMEA şəhərciyində qalacaq.

M. Kərimovun sözlərinə görə, AMEA-nın gənc alimləri üçün tikiləcək yaşayış binası ilə bağlı da problem həll olunmamış qalır: “Bu o demək deyil ki, bu haqda düşünmürük, sadəcə, hazırda bu bina üçün yerin axtarışı gedir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR