Bidzina İvanişvili Mixail Saakaşvilini prezident iqamətgahını tərk etməyə çağırıb

Bidzina İvanişvili Mixail Saakaşvilini prezident iqamətgahını tərk etməyə çağırıb
# 02 noyabr 2012 13:21 (UTC +04:00)
Bakı – APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili prezident Mixail Saakaşvilidən prezident iqamətgahını tərk edərək Dövlət Dəftərxanasının binasına köçməyi tələb edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, B. İvanişvili Dövlət Dəftərxanasında bir mərtəbənin M. Saakaşviliyə ayrılacağını deyib: “Prezident iqamətgahının saxlanılması dövlətə kifayət qədər baha başa gəlir. Gələn il dövlətdə birinci adam statusunu əldə edəcəyimə görə bu saray mənə məxsus olacaq, lakin mən ora köçməyə hazırlaşmıram”.

Baş nazir ölkə iqtisadiyyatının prezident iqamətgahını saxlamaq gücündə olmadığını söyləyib: “Bu qədər köçkünün, evsiz-eşiksiz insanın olduğu bir ölkədə belə bir sarayda yaşamaq amoraldır, ona görə də mən Saakaşviliyə müraciət edirəm ki, sarayı boşaltsın”.

Qeyd edək ki, gələn il Gürcüstanda Konstitusiya dəyişikliyi qüvvəyə minəcək və ölkədə ali icra hakimiyyətinin başçısı baş nazir olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR